Ronaldonun 165-ci “qurbanı”
“Mançester Yunayted” Premyer Liqanın “Norviç”lə oyununda 1:0 hesabı ilə qalib gəlib. Yeganə qola Kriştiano Ronaldo imza atıb.
Portuqaliyalı ulduz karyerasında ilk dəfə “Norviç”in qapısına qol vurub. Bununla da Ronaldonun qol vurduğu klubların sayı 120-yə çatıb. 160 rəqiblə üz-üzə gələn hücumçu 75 faizlik göstəriciyə malikdir.
36 yaşlı forvard 45 müxtəlif yığmanın qapısına da yol tapıb. O, milli və klubda ümumilikdə 165 rəqibə qol vurub.