Sürpriz kupon – 12.03.2023

Sürpriz kupon – 12.03.2023

“Verona” – “Monza” – 1

“Verona” son görüşündə xal fərqini azalda bilmədi. Müdafiədə etibarlı oynasa da qol vurmaq şansından istifadə edə bilmədi. Bu qarşılaşmada aktiv və aqresiv oyun nümayiş etməlidir. Qonaq “Monza” yavaş-yavaş özünə gəlməyə başlayıb. Ev oyununda “Empoli” üzərində 2-1 qələbə qazanıb. 25 oyundan sonra 32 xalla 11 pillədə qərarlaşıb. “Verona” 3 xal qazanmaq üçün bu əlverişli məqamdan istifadə edib qalib gəlməlidir.

“Volfsburq” – “Yunion” – QOL/QOL

Bu oyuna proqnoz verəndə bəzi faktlara nəzər salmaq lazımdır. Ev sahibi turnir cədvəlinin 8 pilləsindədir. Rəqib liderlər qrupunda 3 yerdədir. “Volfsburq” 23 oyun 9 qələbə 7 heç-heçə 7 məğlubiyyət. “Yunion” 23 oyun 13 qələbə 5 heç-heçə və 5 məğlubiyyəti var. Bir oyuna “Volfsburq”un qol vurmaq faizi 1,8 qol buraxmaq 1,3. “Yunion” qol vurmaq faizi 1,5 qol buraxmaq 1,2. Bu oyunda favorit olmadığı üçün qol-qol variantının üzərində dayanırıq.

“Monako” – “Reyms” – 1

Ev sahibi son oyunlarda bir az tempi azaldıblar. Buna səbəb Avro-liqadan erkən ayrılmasıdır. Bütün çempionatlarda məqsədi birinci 3-lükdə olmaqdır. Qonaq “Reyms” bu çempionatda pis təsir bağışlamır. Turnir cədvəlinin 8-ci pilləsindədir. Ən çox evdəki qarşılaşmalarda uğur qazanır. Liderlər qrupunda olan “Monak”bu oyunun favoriti sayılır. Yerini möhkəmlətmək üçün növbəti qələbəni qazanmalıdır.

Mr. X

Əvvəlki yazı

Günün kuponu – 12.03.2023

Növbəti yazı

“Arsenal”ın istədiyi müdafiəçi