Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
Sürpriz kupon – 11.04.2024
Bayer Leverkuzen – Vest Hem Ən çox qol vurulduğu hissə/2-ci hissə
Günün kuponunda da qeyd etdiyim kimi, bu görüşdə azı 3 qolun qeydə alınacağını düşünürəm. Hər iki komandanın son saniyələrə qədər “döyüşmək” xüsusiyyətini nəzərə alıb matçın taleyinin fasilədən sonra həll olunacağını düşünürəm. Fikrimcə, 2-ci hissədə vurulan qolların sayı 1-ci hissə ilə müqayisədə daha çox olacaq.
Aston Villa – Lill Ən çox qol vurulduğu hissə/2-ci hissə
“Lill” öz üslübüna sadiq qalaraq səfərdə ingilis komandası qarşısında yəqin ki, müdafiədən oynayacaq. Belədə, “Aston Villa”nın rəqib müdafiəsini yarması üçün müəyyən vaxt lazm gələcək. Məncə, oyunda həlledici hadisələr 2-ci hissədə olacaq.
Benfika – Marsel 1-ci hissə cüt şans 12
Bu komandalar indiyədək 4 dəfə avrokuboklarda, 3 dəfə isə yoxlama matçlarında üz-üz gəlib. 7 qarşılaşmadan 5-də qarşılıqlı qollar qeydə alınıb. Qol-qol variantı bu oyun üçün münasib sayıla bilər. Amma daha az riskli və təxminən eyni əmsallı digər varianta mərc edirəm. Məncə, ilk yarıda hesabdakı tarazlıq pozulacaq.