Benzia ikinci oldu
Ayın ən yaxşı əlcəzairli futbolçusunun adına aydınlıq gəlib. “Qarabağ”ın futbolçusu Yassin Benzia “Fennec du mois” mükafatı üçün keçirilən səsvermədə ikinci yeri tutub.
Ən yaxşı adına isə Rayan Ayt Nuri sahib çıxıb. İngiltərədə “Vulverhempton”un və Əlcəzair millisinin üzvü səslərin 64 faizini toplayıb. Benziaya azarkeşlərin 32 faizi səs verib. Üçüncü olan Anis Hac Musa cəmi 4 faiz səslə kifayətlənib.