Günün kuponu – 11.04.2024
Bayer Leverkuzen – Vest Hem 2,5 ÜST
Mövsümün qarşısıalınmaz komandası “Bayer” “Qarabağ”ı mübarizədən kənarlaşdırdıqdan sonra Avroliqada ilk 1/4 final matçına çıxır. Məhsudarlığı ilə seçilən Leverkuzen klubundan qollar gözləyirəm. Rəqibin də Premyer Liqa təmsilçisi olduğunu nəzərə alsaq, bu matç üçün 2,5 Üst variantını daha doğru seçim sayıram.
Liverpul – Atalanta 1-ci hissə cüt şans 12
Hücum potensialı çox yüksək olan iki komandanın duelində hesabdakı bərabərliyin ilk hissədə pozulacağını təxmin etmək normaldır.
Milan – Roma 30-cu dəqiqəyə kimi qol/xeyr
Avropa Liqasının 1/4 finalında italyan derbisi. Tərəflər bir-birini yetərincə tanıdığından məncə, ilk oyunda, xüsusən ilk hissədə ehtiyatlı oyuna üstünlük verəcəklər. Ona görə hesabın ilk yarım saat ərzində açılacağını gözləmirəm.