Sürpriz kupon – 09.08.2022
“Apollon” – Makkabi Hayfa” ALT 2,5
İsrail təmsilçisi öz meydanında “Apollon”un qapısından dörd cavabsız top keçirdi. Ümumiyyətlə, “Makkabi Hayfa” hazırda çox güclü təsir bağışlayır. Komanda bundan əvvəlki mərhələdə “Olimpiakos”u mübarizədən kənarlaşdırmışdı. Məncə, cavab qarşılaşması ilk oyun kimi məhsuldar alınmayacaq.
“Midtülland” – “Benfika” QOL/QOL
“Benfika” da Danimarkaya rahat yollanıb. İlk oyunda əldə edilən 4:1 hesablı qələbə Lissabon klubu üçün böyük üstünlükdür.
“Midtülland” şən futbol göstərən komandadır. Onlar Danimarka çempionatının son turunda 3:3 hesablı heç-heçə ediblər. “Benfika”nın isə hücum xətti əladır. Bu görüşdə də hər iki tərəfin fərqlənmək üçün imkanları olacaq.
“Şturm” – “Dinamo” (Kiyev) QOL/QOL
Ukrayna klubu ilk oyunda minimal hesabla qələbə qazandı. “Şturm” öz meydanında fərqli futbol göstərməyə çalışacaq. İlk dəqiqələr yəqin ki, Avstriya klubunun təzyiqi ilə keçəcək. “Şturm” 3 gün əvvəl yerli çempionatda “Rid”lə matçda xal itirib – 1:1. Təbii ki, onlar üçün indi əsas oyun ÇL-dəki görüşdür. Bu dəfə bol qollu bir oyunun şahidi ola bilərik.