Günün kuponu – 09.08.2022
“Jalqiris” – “Budo Qlimt” 1
Birinci oyunda Norveç klubu 5:0 hesabı ilə qalib gəldiyindən demək olar ki, cütün taleyi həll edilib. Qonaqların baş məşqçisi istəsə, bəzi futbolçularına istirahət verə bilər. Aydın məsələdir ki, “Budo Qlimt” Vilnüsdə çox da güc sərf etməyəcək. Bu səbəbdən meydan sahibləri doğma publika qarşısında minimal hesabla da olsa, qələbə qazana bilərlər.
“Viktoriya Plzen” – “Şerif” 1
Çexiya klubu ilk oyunda səfərdə 2:1 hesabı ilə qalib gəldiyindən növbəti mərhələyə vəsiqə qazanmaq şansları yüksək qiymətləndirilir. Məncə, “Viktoriya” pley-offa keçmək üçün belə bir imkanı əldən verməz. “Şerif” İlk görüşdə bərabər mübarizə şəraitində uduzduğundan Çexiyada da sona qədər döyüşəcək.
“Dinamo Zaqreb” – “Ludoqorets” QOL/QOL
Mahir Emrelinin çıxış etdiyi Zaqreb klubu səfərdən 2:1 hesablı qələbə ilə dönüb. “Dinamo” doğma meydanda daha rahat oynayacaq. Amma “Ludoqorets” erkən qol vurmağa çalışacaq. Məncə, tamaşaçılar, baxımlı, məhsuldar oyun izləyə bilərlər.