Sürpriz kupon – 07.072022

Sürpriz kupon – 07.072022

“Argentinos Xuniors”-“Defensa Justisia” QQ

Etopaz bizə Argentika Kubokunda 1\16 final mərhələsinin oyununu təqdim edir. Hər iki klub əvvəlki mərhələdə nisbətən zəib komandanı üstələyib. Bu dueldə şanslar bərabər göstərilir. Komandalarda təcrübəli hücumçular diqqəti cəlb edir. Məhz buna görə qol\qol seçiminə üstünlük verirəm.

“River Pleyt”-“Veles Sarsfild” ÜST2.5

Libertadores Kubokunda 1\8 finalın ilk matçında “Veles Sarsfild” evdə 1-0 hesablı qələbə qazanıb. Amma bu son demək deyil. “River Pleyt” doğma meydanda daha əzmkar mübarizə göstərməyə çalışacaq. Əsas mübarizə fikrimcə məhz cavab matçında olacaq.

“Kolon De Santa”-“Talleres Kordova” QQ

 Bu komandalar arasında 1\8 finalın ilk 1-1 hesabı ilə yekunlaşıb. Cütün taleyi cavab matçında məlum olacaq. Meydan sahibləri ardıcıl beş oyunda qələbəyə həsrət qalıb. “Talleres Kordova” isə son iki oyunu bərabərliklə başa vurub. Cavab görüşündən məhsuldar nəticə proqnozlaşdırıram.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 07.07.2022

Növbəti yazı

Sterlinq “Çelsi” ilə ABŞ-a gedəcək