Günün kuponu – 07.07.2022
“Kristiansud”-“Tromso” QQ
Hər iki komandanın Norveç çempionatında işləri yaxşı getmir. Cəmi 2 qələbə qazanan “Tromso” 11-ci yerdədir. “Kristiansud” isə ardıcıl 10 matçda qələbə üzünə həsr qalıb. Meydan sahibləri hazırda turnir cədvəlində son pillədə qərarlaşıb. Üstəlik “Kristiansud”un müdafiə xəttində çox böyük problemləri var.
“Palmeyras” –“Serro Porteno” ÜST2.5
Libertadores Kubokunda 1\8 finalın cavab görüşünü təqdim edirik. İlk oyunda “Palmeyras” 3-0 hesablı qələbə qazanmaqla məsələni böyük ölçüdə həll edib. Paraqvay klubunun səfərdə möcüzə edəcəyinə inanmaq real deyil.
“Flamenqo”-“Deportes Tolima” 1
Libertadores Kubokunda 1\8 finalın cavab görüşündə gərgin mübarizə gözlənilir. İlk oyunda “Flamenqo” səfərdə minimal hesablı qələbə qazanıb 1-0. Kolumbiya təmsilçisinin şanslarını yüksək qiymətləndirmirəm. Fikrimcə “Flamenqo” ev oyununda qələbə qazanaraq mərhələ adlayacaq.