Sterlinq “Çelsi” ilə ABŞ-a gedəcək
Rahim Sterlinq “Çelsi”yə keçməyə yaxındır. Londonn klubu hücumçu üçün “Mançester Siti”yə 45 milyon funt sterlinq ödəyəcək.
“Şəhərlilər” bonus kimi daha 10 milyon əldə edə bilər. 27 yaşlı futbolçu da şəxsi müqaviləsini razılaşdırıb.
Rahim “Çelsi”nin mövsümöncəsi hazırlığında iştirak edəcək. O, komanda ilə ABŞ turnesinə yollanacaq.