Sürpriz kupon – 07.04.2023

Sürpriz kupon – 07.04.2023

“Leççe” – “Napoli” – QOL/QOL

“Napoli” çempionatın qalan hissəsində artıq özü üçün rahat oynayır. Komanda demək olar ki, çempionluğu təmin edib. İndi Spallettiyə futbolçuları motivasiya etmək çox çətindir. Təsadüfi deyil ki, “Napoli” son turda “Milan”a 0:4 hesabı ilə uduzdu.

“Leççe” son 5 matçda qol vurmadan məğlub olub. Bu dəfə öz meydanlarında “Napoli”nin qapısına yol tapa bilsələr, bu, az da olsa sensasiya sayılacaq.

“Lans” – “Strasburq” – ÜST 2,5

“Lans” lider PSJ-dən 6 xal geri qalır. Komanda son 3 oyununu qələbə ilə başa vurub.

“Strasburq” təhlükəlii zonaya çox yaxındır. Qonaqlar xal almağa çalışacaqlar, amma “Lans” yəqin ki, öz meydanında sensasiyaya imkan verməz.

“Sevilya” – “Selta” – 1

Yeni baş məşqçinin gəlişi “Sevilya”lı futbolçuların özünə inamını artırıb. Həm də “Ramon Sançes Pisxuan”da əla dəstək olacaq.

“Selta”nın stabil oynamadığını nəzərə alsaq, “Sevlya” qalib gələ bilər.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Günün kuponu – 07.04.2023

Növbəti yazı

“Yuta”dan erkən vida