Günün kuponu – 07.04.2023
“Salernitana” – “İnter” – 2
Ardıcıl 4 oyunda heç-heçə edən “Salernitana” öz meydanında “İnter”i qəbul edəcək. “Salernitana” demək olar ki, A seriyasında qalmaq tapşırığının öhdəsindən gəlib. Komanda 5 oyundur ki, uduzmur.
“İnter” isə Çempionlar Liqasını da nəzərə alsaq, 5 görüşdür qalib gəlmir. Milan klubuna Çempionlar Liqsına vəsiqə verən zonada yerini möhkəmləndirmək üçün qələbə lazımdır.
“Milan” – “Empoli” – 1
“Empoli” təhklükəli zonadan xeyli uzaqdır. Komandanın avrokuboklara getmək şansı da yoxdur.
“Milan” isə Çempionlar Liqasına düşmək istəyir. Piolinin komandası ötən tur “Napoli”ni səfərdə darmadağın etdi – 4:0.
Qonaqların heyətində Tonelli cəzalı olduğundan oynamayacaq. “Milan” aşkar favorit sayılır.
“Sevilya” – “Selta” – QOL/QOL
Mendilibar “Sevilya”nın baş məşqçi postunda debüt oyununda qalib gəldi. “Selta” bu mövsüm orta sıralardadır. Yaqo Aspasın lider olduğu komanda son 2 görüşdə qələbə qazana bilməyib.
Bu komandaların I dövrədəki oyununda qalib müəyyənləşməmişdi – 1:1.