Sürpriz kupon – 06.12.2021
“Konyaspor” – “Yeni Malatyaspor” – 1
Superliqada liderlər qrupunda qərarlaşan “Konyaspor” doğma meydanda onun üçün uğurlu rəqib sayılmayan “Yeni Malatyaspor”la qarşılaşacaq. Bu matçda meydan sahiblərinin qələbə qazanacağı inandırıcı görünür.
“Hetafe” – “Atletik Bilbao” – QQ
8-ci pillədə qərarlaşan “Atletik”in önündə 3 xallıq fərqi qoruyan “Barselona” dayanır. Qonaqlar altı tur ardıcıl qələbəyə həsrətdi. Bu matç Bilbao təmsilçisi üçün uğursuzluğa son qoymaq üçün əla şans ola bilər. Maraqlıdır ki, “Atletik” son dəfə “Hetafe”ni səfərdə 2016-cı ildə məğlub edib. Seçimim qol\qol olacaq.
“Everton” – “Arsenal” – ÜST2.5
Hər iki komanda qapısından daha çox qol buraxan klublar sırasındadır. “Arsenal” 14 oyunda qapısında 20, “Everton” isə 24 qol görüb. Hər iki komandadan açıq futbol gözləyirəm. “Everton” evdə asanlıqla təslim olmayacaq. Ona görə 3 qolun vurulması sürpruz sayılmamalıdı.