Sürpriz kupon – 06.07.2022
“Slovan Bratislava” – “Dinamo Batumi” 2,5 ÜST
Slovakiya çempionu məhsuldar oyunu ilə seçilir. Son mövsümdə öz ölkəsinin liqasında 32 oyuna 71 qol vurub. Son 2 həftədə keçirdiyi 4 yoxlama matçının 3-ü 2,5 üstlə bitib. Gürcü komandalarından isə istənilən sürprizi gözləmək olar. Ən azı səfərdə qol vura bilərlər. Məhz bu amilləri nəzərə alaraq 2,5 üst variantına güvənirəm.
“Dyudelanj” – “Tirana” 2,5 ALT
“Dyudelanj” yeni mövsümün hazırlığına hələ yeni başlayıb. Normal rəqiblərlə yoxlama oyunları keçirməyib. Ona görə ehtiyatlı oyuna üstünlük verəcəklərini gözləyirəm. Belədə bu matç üçün 2,5 alt daha uyğun variantdır.
“Helsinki” – “Riqas Futbola Skola” – 1
“Skonta”dan sonra Latviyanı avrokuboklarda uğurla təmsil edən klub hələ də yoxdur. Finlandiyada isə klub futbolu son illər nisbətən irəliləyib. Ötən mövsüm bizim “Neftçi” 2 oyunun yekununda 5:2 qalib gələn “HİK Helsinki” sonra Avroliqanın qrupunda da oynadı. Məncə, belə bir komanda üçün Latviya çempionuna öz evində qalib gəlmək problem olmamalıdır. Hazırda həm Latviya, həm də Finlandiyada çempionat davam edir və hər iki komanda öz liqalarında indi 2-ci yerdə qərarlaşıb. Finlərin səviyyəcə daha üstün olduğunu nəzərə alıb oyun 1 variantına mərc edirəm.