Poznanda bir qol
Azərbaycan çempionu “Qarabağ” avrokubokların 2022/23 mövsümünə start verib. Ağdam klubu Çempionlar Liqasında mübarizəyə başlayıb.
Qurban Qurbanovun yetirmələri I təsnifat mərhələsində “Lex”lə ilk oyunu keçirib. Poznandakı qarşılaşmada bir qol vurulub.
İlk yarının sonlarında fərqlənən Polşa təmsilçisi 1:0 hesabı ilə qalib gəlib. Yeganə qola 41-ci dəqiqədə Mikael İsak imza atıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 12-də Bakıda baş tutacaq.