Günün kuponu – 06.07.2022

Günün kuponu – 06.07.2022

“Bodo Qlimt” – “Klasvik” YOX/QOL

Norveç çempionu öz liqalarında bu mövsüm elə də yaxşı çıxış etmir. 6-cı yerdə qərarlaşan son çempion 12 oyuna qapısından 17 qol buraxıb. Amma ÇL-in ilk matçında onların müdafiədə daha diqqətli olacağını gözləyirəm. Farer adaları klubunun Norveç çempionuna səfərdə qol vuracağı mənə real görünmədiyindən yox/qol variantına üstünlük verirəm.

“Tobol” – “Ferentsvaroş” 2,5 ÜST

“Tobol” hazırda 15 turu arxada qalan Qazaxıstan çempionatında ən çox qol vuran 3 komandadan biridir. Macar komandalarının hücum futboluna üstünlük verdiyini isə hamımız bilirik. İlk oyunda hər iki tərəf daha yaxşı nəticə qazanmağa çalışacaq. Fikrimcə, məhsuldar bir oyun keçəcək.

“Maribor” – “Şaxtyor Soliqorsk” 1

Belarus futbolu həm yığma, həm klub səviyyəsində böhran yaşayır. Bu üzdən “Maribor”un matçın aşkar favoriti sayılması anlaşılandır. Fikrimcə, Sloveniya çempionu öz statusunu doğruldacaq.

İlkin Fikrətoğludan ən son “Günün Kuponu”

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Malasia “Mançester Yunayted”də

Növbəti yazı

Sürpriz kupon – 06.07.2022