Sürpriz kupon – 05.10.2023
“Hakken” – “Qarabağ” 2
İlk dəfə İsveç çempionu olmuş komandanı bunacan Farer adaları təmsilçisi ÇL-dən uzaqlaşdırmışdı. Odur ki, “Hakken”in yenilməz rəqib olduğunu deyə bilmərik. “Qarabağ” “Mölde” ilə oyundakı performansı sərgiləsə, səfərdən 3 xalla qayıda bilər.
“Spartak Trnava” – “Fənərbağça” 1-ci hissə/Oyun nəticəsi və Üst/Alt
“Fənarbaxça”/”Fənərbaxça” və Üst 2.5
15 oyunluq fantastik qələbə seriyasına malik “Fənərbaxça” qrupun zəif komandası ilə səfərdə üz-üzə gələcək. Türkiyə təmsilçisinin rahat və fərqli qələbə qazanmaq ehtimalı yüksəkdi.
“Beşiktaş” – “Luqano” 2 və daha çox fərqlə qazanacaq: “Beşiktaş”
“Beşiktaş” bu mövsüm ev oyunlarında cəmi 1 dəfə heç-heçə edib, qalan matçlarda qalib gəlib. Son 3 qarşılaşmada qapısının toxunulmazlığını qoruya bilməyən “Luqano”nun İstanbuldakı təzyiqə tab gətirməsi çox çətin görünür.
“Qara qartallar” inamlı qələbə qazansa heç kim təəccüblənməyəcək.