Sürpriz kupon – 05.08.2023
“Stromsgodset” – “Valerenga” – cüt şans x2
Son 3 turda uduzan “Stromsgodset” oyunun favoriti sayılsa da, autsayderlər qrupunda yer alan “Valerenqa”nın səfərdən azı 1 xalla dönəcəyini təxmin edirəm. “Stromsgodset” kubok və çempionat matçları nəzərə alınmaqla son 11 oyunda heç-heçə etməyib. Nə bilmək olar, bəlkə də elə bu qarşılaşmada heç-heçənin “vaxtı çatıb”.
“Sürix” – “Luqano” – qol\qol
İlk 2 turda qalib gələn “Luqano” qapısından bir qol belə buraxmadan 6 xalla vahid liderdir. “Sürix” qələbə qazanacağı təqdirdə zirvəyə yüsələ bilər. Amma ortada onlar üçün uğursuz statistika var: “Sürix” aralarındakı son 5 duelin hamısında “Luqano”ya uduzub. Fikrimcə, sürixlilər bu uğursuz ənənəyə son qoymaq üçün var gücünü sərf edəcək, meydanda “savaş” gedəcək və azarkeşlər məhsuldar bir oyun izləyəcək.
“Holşteyn Kiel” – “Qröyter Fürt” – 1-ci hissə cüt şans 12
Statistika göstərir ki, bu komandaların öz aralarındakı əksər oyunları bol qollu keçir. Ola bilsin, bu dəfə fərqli olsun. Amma ilk yarıda hesabdakı bərabərliyin pozulacağına daha çox inanıram.