Sürpriz kupon – 03.02.2024
“Alaves” – “Barselona” QOL/QOL
“Barselona” favorit sayılsa da, “Alaves”i hesabdan silmək olmaz. Komanda La Liqada ardıcıl 4 oyundur qol vurur və bu oyunların 3-də qələbə qazanıb, birini isə heç-heçə bitirib. “Barselona”nın müdafiəsi isə göründüyü kimi o qədər də etibarlı deyil. Bu üzdən qarşılıqlı qollara mərc edirəm.
“Bayern Münhen” – “Borussiya Münhenqladbax” – QOL/QOL
“Bayern” matçın aşkar favoriti olsa da, qonaqların azı 1 qol vurmağa gücü çatır. Necə ki, bunu “Bayern”ə qarşı keçirdikləri son oyunda ediblər. Ona görə fikrimcə, 1,68 əmsalı dəyərləndirib, qarşılıqlı qollara mərc etmək olar.
Qətər – Özbəkistan 2,5 ALT
Asiya Kuboku 2024-ün sonuncu 1/4 final matçı. Hər 2 komandanın turnirdə keçirdiyi 4 oyundan ikisində 2,5 Alt, ikisində isə 2,5 Üst qeydə alınıb. Bu matç yarımfinala vəsiqə verdiyindən məsuliyyəti ağırdır. Özbəkistan favorit sayılsa da, Qətər çempionatın ev sahibi olduğundan ağır oyun olacaq.