Linqard Asiya yolunda
“Nottinqem Forest”də ayrılıq baş verəcək. Cessi Linqard komandanı tərk etmək üzrədir.
O, karyerasını Asiyada davam etdirəcək. Futbolçu Cənubi Koreyanın “Seul” klubuna keçir.
Tərəflər arasında danışıqlar müsbət yekunlaşıb. 31 yaşlı orta xətt oyunçusu yeni komandası ilə 2 illik müqavilə imzalayacaq. Tərəflər gedişatdan razı qalarsa anlaşmanın bir il daha artırılması mümkündür.