Sürpriz kupon – 02.02.2024
Tacikistan – İordaniya 2
Asiya Kubokunun final mərhələsində ilk dəfə çıxış edən Tacikistan artıq “başından yuxarı tullanıb”. Taciklərin 1/4 finalda mübarizəni dayandıracağını düşünürəm. Daha təcrübəli İordaniyanın qələbəsinə ETOPAZ yaxşı əmsal verir. Zənnimcə, bundan istifadə etmək yerinə düşər.
Avstraliya – Cənubi Koreya
Mərhələni keçəcək: Avstraliya
Ardıcıl səkkizinci dəfə Asiya Kubokunun 1/4 finalında çıxış edəcək Cənubi Koreya buna baxmayaraq hələlik pərəstişkarlarını oyunu ilə üzür. Səudiyyə Ərəbistanı ilə qarşılaşmada son anda məğlubiyyətdən qurtulan koreyalıların indiki rəqibi daha ciddidi. Bundan öncəki 4 matçda cəmi 1 qol buraxan, 3 qələbə qazanan və bir dəfə heç-heçə edən Qrehem Arnoldun yetirmələrinin mərhələ keçəcəyinə mərc etmək olar.
“Leççe” – “Fiorentina” 2
“Leççe” 6 oyundur qələbə üzünə həsrətdir. Komanda bu matçlarda 5 dəfə uduzub. “Fiorentina” isə sabitliyi ilə seçilməsə də, daha usta heyətə malikdir. Fərqli məqsəd uğrunda mübarizə aparan qonaqların qələbə şansları daha yüksəkdir.