Günün kuponu – 02.02.2024
“Samsunspor” – “Qalatasaray” 2
Meydan sahibləri 4 oyundur uduzmur. Amma bu dəfə çempionluq uğrunda mübarizə aparan əzəmətli rəqibdən xal ala biləcəkləri inandırıcı görünmür. Komandalar arasında son 5 oyun “Qalatasaray”ın qələbəsi ilə bitib.
Nigeriya – Anqola 1
Daha bir uğurlu seriya Afrika Millətlər Kubokunda qırıla bilər.
9 oyundur uduzmayan Anqolanın Nigeriya qarşsında tab gətirmə ehtimalı azdır.
Çempionluğa iddia edən Viktor Osimhenin komandası çox güman ehtiyatlı oynayacaq və çox qol vurmadan istədiyi qələbəni qazanacaq.
“Haydenhaym” – “Borussiya Dortmund” 2
İkinci Bundesliqada qalib gələrək bu il elitada oynamaq şərəfinə nail olan “Haydenhaym” ümumən pis çıxış etmir. Amma Çempionlar Liqasının pley-offunda mübarizə aparacaq qonaqlar başqa səviyyəli komandadır. Bu amil yekun nəticədə öz əksini tapmalıdır.