Sürpriz kupon – 01.09.2023
Pirin – Arda – YOX/QOL
“Pirin”in son 5, “Arda”nın isə son 4 rəsmi oyununda Yox/Qol gəlib. Eyni zamanda hər iki komandanın son 4 matçında 2-dən çox qol vurulmayıb. Xüsusilə çempionatın autsayderindən olan “Pirin” hücumda ciddi problemlər yaşayır və ilk 6 oyunda cəmi 1 qol vura bilib. Rəqiblərin öz aralarındakı son 8 matçda cəmi 1 dəfə ÜST 2.5 və 1 dəfə də Qol/Qol gəlib. Son 4 qarşılaşmalarında isə 2-dən çox qol vurulmayıb.
Nant – Marsel – Marsel qalib gələcək və ÜST 1.5
“Nant” ilk 3 turda cəmi 1 xal toplaya bilib. Komandalar arasında son 4 oyun “Marsel”in qələbəsi ilə bitib. Qonaqlar ustalıq cəhətdən rəqiblərindən xeyli üstündü və sensasiya yaşanmasa öz məharətlərini göstərməlidirlər.
Sassuolo – Verona – ALT 2.5
Ötən tur “Roma”nı sensasiyalı şəkildə məğlub edən “Verona”nı bukmekerlər bu dəfə də autsayder gözündə görür. Baxmayaraq ki, Seriya A-nın 2 start turunda 6 xal toplayan qonaqlar “Sassuolo”dan fərqli mövsümə əla başlanğıc edib. Meydan sahibləri isə güclü “Atalanta” və “Napoli” ilə oyunlarda eyni hesabla – 0:2 uduzub. İndi “Sassuolo”nun həm yeni mövsümdə qol hesabını açmaq, həm də ilk qələbəni qazanmaq üçün yaxşı imkanı var. Amma iki turda 1 qol buraxan “Verona” müdafiə futbolu sərgiləyir və çətin ki, məhsuldar oyun görək.