Günün kuponu – 01.09.2023
Pirin – Arda – Arda qalib gələcək və ALT 3.5
Gənc futbolçumuz Cəlal Hüseynovun komandası matçın favoritidi. Qonaqlar qələbə qazanacaqları təqdirdə hazırda 10-cu pillədə qərarlaşdıqları turnir cədvəlində mövqelərini yaxşılaşdıracaqlar. “Pirin” isə mövsümə çox uğursuz başlayıb. Komanda 6 oyundan cəmi 1 xal toplamağı bacarıb və Bolqarıstan çempionatının autsayderlərindəndi.
Rəqiblər arasında 2018-ci ildən bu yana keçirilmiş 8 oyundan birində də 3-dən artıq qol vurulmayıb. Üstəlik, cəmi 1 dəfə ÜST 2.5, 1 dəfə isə Qol/Qol gəlib.
Luton – Vest Hem – 2
Premyer Liqanın debütantı iki start oyununda 7 qol buraxıb. Qonaqlar isə “Luton”u darmadağın etmiş “Brayton” və “Çelsi”ni eyni hesabla – 3:1 məğlub edib. Oyunun favoriti “Vest Hem”di və onlar bu statusu doğrultmalıdı.
Borussiya Dortmund – Haydenhaym – Fora 1 (-1)
Dortmundlular ilk iki turda cəmi 2 qol vurub. “Köln” üzərində qələbənin ardından “Bohum”la səfər heç-heçəsi yəqin ki, komandanın üzvlərinin özləri üçün də gözlənilməz idi. Amma indi bu xal itkisini unutdurmağa əla fürsət düşüb. Bundesliqanın debütantı “Borussiya”ya ciddi rəqib deyil və meydan sahiblərinin aramsız hücumlarının qarşısında tab gətirəcəkləri inandırıcı görünmür.