“Sumqayıt”dan səfər qələbəsi

“Sumqayıt”dan səfər qələbəsi

Azərbaycan Premyer Liqasında III turun ikinci oyun günü start götürüb. “Qəbələ” öz meydanında “Sumqayıt”ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə keçib. Lakin ilk yarıda qolları qonaqlar vurublar. Artıq 3-cü dəqiqədə İsa Suleman erkən qola imza atıb. Fasiləyədək Kamran Aliyev də fərqlənməyi bacarıb.

İkinci 45 dəqiqədə meydan sahibləri təzyiqi artırıb. Ardıcıl hücumlar Osama Xalaylanın qol sevinci yaşaması ilə nəticələnib. Lakin “Sumqayıt” qələbə hesabını qorumağı bacarıb – 2:1.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

Berardi satılmadı

Növbəti yazı

Səudiyyə Ərəbistanı klubları Çempionlar Liqasında olmayacaq