“Sumqayıt”da yeni baş məşqçi

“Sumqayıt”da yeni baş məşqçi

Aleksey Baqa “Sumqayıt”ln baş məşqçisi təyin olunub. Bunu klubun mətbuat xidməti açıqlayıb.

“PRO” kateqoriyalı 40 yaşlı belaruslu mütəxəssislə 2,5 illik müqavilə imzalanıb. O, bir müddət əvvəl bu vəzifədən ayrılan Ayxan Abbasovu əvəzləyib.

Baqa futbolçu karyerası dönəmində BATE (Borisov, Belarus), “Dauqava” (Dauqavpils, Latviya) və “Dinamo” (Brest, Belarus) klublarının şərəfini qoruyub. BATE ilə 2 dəfə Belarus çempionu (2002; 2006), 1 dəfə isə kubokun qalibi olan (2005/06) Baqa məşqçi karyerasına da məhz Borisov təmsilçisində start verib. Belə ki, 2011-2018-ci illərdə adıçəkilən klubda köməkçi məşqçi vəzifəsində çalışan 40 yaşlı mütəxəssis 2018-ci ildə baş məşqçi kimi komandanın sükanı arxasına keçib və həmin ildəcə komandanı Belarus çempionu edib. Növbəti mövsümdə Avropa Liqasında 1/16 final mərhələsinə kimi irəliləyən BATE həmin mərhələdə İngiltərə “Arsenal”ına məğlub olaraq, mübarizəni dayandırıb.

Bundan başqa, Baqa məşqçi karyerasında “Jalgiris” ilə 2020-ci ildə Litva çempionu olub. Qazaxıstanın “Aktobe” (Qazaxıstan) klubunu da çalışdırmış mütəxəssis 2021-ci ildə isə “Şaxtyor” (Soliqorsk) ilə Belarus çempionu adını qazanıb.

ETOPAZ

Əvvəlki yazı

Taekvondo Federasiyasının prezidenti müəyyənləşdi

Növbəti yazı

Lebron rekordunu təkrarladı