Suarez Uruqvay çempionu oldu

Suarez Uruqvay çempionu oldu

Luis Suarez növbəti titulunu qazanıb. Ulduz hücumçu Uruqvay çempionu adına yiyələnib.

O, bu uğura “Nasyonal”ın heyətində nail olub. Suarezin komandası həlledici qarşılaşmada “Liverpul”u 4:1 hesabı ilə məğlub edib. 

Əsas vaxtı 1:1 hesabı ilə bitən görüşün taleyi əlavə yarım saatda həll olunub. Üç qoldan birinə Luis imza atıb.

ETOPAZ

Əvvəlki yazı

”Qarabağ” və ”Sabah”dan qələbə

Növbəti yazı

“Milan”ın seriyası qırıldı