Suarez MLS yolunda

Suarez MLS yolunda

“Atletiko”nun hücumçusu Luis Suares karyerasını MLS-də davam etdirə bilər. “İnter Mayami” 35 yaşlı uruqvaylı futbolçunun xidmətində maraqlıdır.

“Atletiko”nun Suareslə müqaviləni yeniləməmək qərarına gəlib. Belə olduğu təqdirdə, Luis yayda pulsuz olaraq MLS klubuna keçə bilər.

Xatırladaq ki, Suares 2020-ci ildən “Atletiko”da çıxış edir. O, “Barselona”dan 7 milyon avroya transfer olunub. Hücumçu bu mövsüm La Liqada 29 matçda iştirak edib, 11 qol vurub və 2 məhsuldar ötürmə verib.

ETOPAZ

Əvvəlki yazı

İsner və Hurkaç cütlüyü çempion oldu

Növbəti yazı

PSJ Mbappeni kapitan təyin etmək istəyir