Suarez daha bir türk klubunun hədəfində

Suarez daha bir türk klubunun hədəfində

“Atletiko”nun hücumçusu Luis Suarez daha bir Türkiyə klubunun maraq dairəsinə düşüb. İndi də “Beşiktaş” Uruqvay millisinin forvardını heyətinə qatmağı planlaşdırır.

“Ağ-qaralar”ın 34 yaşlı ulduz futbolçu uğrunda əsas rəqiblərindən biri isə “Fənərbaxça”dır. Yayda bəzi islahatlara əl atacaq “Beşiktaş” rəhbərliyi hücum xəttini məhz Suarezlə gücləndirmək niyyətindədir. Forvardın meneceri ilə hətta ilkin danışıq da olub.

Qeyd edək ki, Luis Suarezin “Atletiko” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.

ETOPAZ

Əvvəlki yazı

Qvardiolaya millidən təklif

Növbəti yazı

Dembele “Çelsi”yə “yox” dedi