“Sportinq”dən “Sauthempton”a

“Sportinq”dən “Sauthempton”a

“Sauthempton” heyətini yeni futbolçu ilə gücləndirib. Klub “Sportinq”dən Mateus Fernandeşi rənglərinə bağlayıb.

Bunu İngiltərə təmsilçisinin mətbuat xidməti açıqlayıb. 20 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Fernandeş son mövsümü icarə əsasında “Eştoril” klubunda keçirib. Fernandeş “Sportinq”in heyətində meydana çıxdığı 10 oyunda 1 qol vurub

ETOPAZ

Əvvəlki yazı

Gündoğan İngiltərə yolunda

Növbəti yazı

Millilərimizin heyətləri bəlli oldu