Simeone Ançelottini keçdi

Simeone Ançelottini keçdi

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone “Real”dakı həmkarı Karlo Ançelotti ilə duellərdə üstünlüyü ələ alıb. Argentinalı mütəxəssis derbilərdəki qələbə sayında rəqibini keçib.

Bu, La Liqanın XXXV turunda rəsmiləşib. “Atletiko” öz meydanına rəqibinə 1:0 hesabı ilə qalib gəlib. Bu, Simeone ilə Ançelottinin iştirakı ilə baş tutan 15-ci paytaxt derbisi olub. Argentinalı 6-cı dəfə italiyalı üzərində qələbəyə sevinib. Ançelotti isə 5 dəfə qalib olub. Digər 4 matç heç-heçə başa çatıb.

Qeyd edək ki, “Atletiko” Yannik Karraskonun dəqiq yerinə yetirdiyi penalti zərbəsi ilə çempionu məğlub edib.

ETOPAZ

Əvvəlki yazı

Sterlinq “Arsenal”ın hədəfində

Növbəti yazı

Alleqri “Yuventus”da qalır