Şesni rəsmən “Barselona”da

Şesni rəsmən “Barselona”da

Voyçex Şesni karyerasını bərpa edib. O, İspaniya “Barselona”sı ilə müqavilə imzalayıb.

Razılıq 2025-ci il iyunun 30-dək əldə olunub. “Barselona”nın əsas qapıçısı alman Mark-Andre ter Ştegen sentyabrın 23-də İspaniya çempionatının VI turunun “Vilyarreal”la səfər matçında (5:1) zədələnib. Alman qolkiper diz qapağının bağlarından əməliyyat olunub. Mark 8 aya meydanlardan kənar qalacaq.

Qeyd edək ki, 34 yaşlı Şesni avqustun 27-də karyerasını bitirdiyini açıqlayıb. Polşalı qolkiperin sonuncu klubu “Yuventus” olub.

ETOPAZ

Əvvəlki yazı

Olavio Juninyo: “Əlimizdən gələni edəcəyik”

Növbəti yazı

“Kəpəz”dən yeni transfer