Serxio Ramos qayıdır

Serxio Ramos qayıdır

PSJ-nin müdafiəçisi Serxio Ramos zədəsini sağaldıb. İspaniyalı futbolçu artıq kollektivlə birlikdə məşqlərdə iştirak edir. Onun tezliklə meydana da qayıdacağı gözlənilir.

35 yaşlı oyunçu Çempionlar Liqasının qrup mərhələsinin V turunda “Mançester Siti” ilə görüşdə məşqçilər korpusunun sərəncamında olacaq. Yay fasiləsində Paris klubuna keçən ulduz futbolçu ingilislərlə qarşılaşmada debüt edə bilər.

Dünənki məşqi buraxan hücumçu Kilian Mbappenin də durumunun ciddi olmadığı və “Mançester Siti” ilə matçda iştirak edəcəyi açıqlanıb.

Qeyd edək ki, “Mançester Siti” – PSJ oyunu sabah “Etihad” stadionunda keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

FİFA-dan “Real”a kompensasiya

Növbəti yazı

ATP-dən sərt cəza