FİFA-dan “Real”a kompensasiya
FİFA Qaret Beylin zədələnməsi üçün İspaniya “Real”ına kompensasiya ödəyəcək. Madrid təmsilçisi 7,5 milyon avroya yaxın vəsait ala bilər.
FİFA-nın 2019-cu ildə yığmada zədələnən futbolçular üçün klublara kompensasiya ödənilməsi barədə qərar qəbul edib. Uels yığmasının lideri də DÇ-2022-nin seçmə mərhələsinin Belarusla qarşılaşmasında zədələndiyi üçün əvəzlənib.
Bu üzdən də FİFA “Real”a vəsait ödəməlidir. Oyunçunun olmadığı müddət 28 günü keçibsə, hər gün üçün 25,5 min avro verilməlidir. Maksimal məbləğ isə 7,5 milyon avro ola bilər.