Sentyabr ayının ən yaxşısı adına namizədlər

Sentyabr ayının ən yaxşısı adına namizədlər

İngiltərə Premyer Liqasında ayın oyunçusu adına namizədlər açıqlanıb. Turnirin rəsmi saytında sentyabrın ən yaxşısı mükafatı üçün 7 nəfərin yarışdığı bildirilir.

Namizədlərin siyahısını diqqətinizə çatdırırıq:

Məhəmməd Salah (Liverpul) – iki qol və iki məhsuldar ötürmə;
Yulian Alvares (Mançester Siti) – iki qol və iki məhsuldar ötürmə;
Olli Uotkins (Aston Villa) – dörd qol və bir məhsuldar ötürmə;
Son Hinq-Min (Tottenhem) – altı qol;
Pedro Neto (Vulverhempton) – bir qol və üç məhsuldar ötürmə;
Kieran Trippye (Nyukasl) – dörd məhsuldar ötürmə;
Carrod Bouen (Vest Hem) – üç qol.

ETOPAZ

Əvvəlki yazı

“Borussiya”da yeni müqavilə

Növbəti yazı

Dünya çempionatının finalı Mərakeşdə