Şenol Günəş: “Qardaş ölkə olsaq da, qələbə qazanmaq üçün meydana çıxacağıq”

Şenol Günəş: “Qardaş ölkə olsaq da, qələbə qazanmaq üçün meydana çıxacağıq”

Sabah Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları baş tutacaq. “Neftçi” “Beşiktaş”ı qəbul edəcək.

Matçdan öncə istanbulluların çalışdırıcısı Şenol Günəşin mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“Bakıda olduğum üçün şadam. Bura yad deyilik. Rəqibimizlə çox istəməyimizə rəğmən hazırlıq matçı keçirə bilmədik. Yaxın komandayıq, ikimizin də rəngləri ağ-qaradır. Sabah da hər iki komanda üçün çox çətin olacaq. Ümid edirəm ki, haqq edən qazanacaq. Biz də, onlar da mərhələ adlamaq istəyir. Məharətli, cəsur olmaqla başqalarına yuxarıdan aşağı baxmaq, yaşamaq fərqlidir. İnsanlar dəyərlidir, futbolçular da. Hər rəqib ciddidir. Maliyyə, baza, şərait baxımından fərqli ola bilərlər. İmkansızlıqlar içində uğurlu olan komandalar və futbolçular var. Hər matç önəmlidir. Yuxarıdan aşağı baxmaq insani olaraq doğru deyil. İnsanın şöhrəti, pulu onun dəyərli olduğunu göstərməz. Sizdən daha güclü komandaya qalib gələ bilərsiz. Hər komanda ən yaxşısını etməyə çalışır. Futbolda zaman-zaman sürprizlər sizi bu düşüncəyə sövq edə bilər. Azərbaycanda futbol keçmişə görə çox irəlilədir. Şərait, imkanlar yaxşıdır. “Neftçi”nin 9 çempionluğu, 7 kuboku var. “Qarabağ” da var, “Sabah” da yaxşıdır. Azərbaycanın üç komandası Konfrans Liqasında oynayır. Futbol olaraq yatırımları da, iddiaları da üst səviyyədədir. Bəzən elə nəticələr qeydə alındı, bunu hər kəs sürpriz kimi gördü. Amma “Qarabağ” bunu həmişə etdi. Biz qardaş ölkə olsaq da, qələbə qazanmaq üçün meydana çıxacağıq. Ümidvaram ki, elə olacaq”.

ETOPAZ

Əvvəlki yazı

Murad Musayev: “Meydanda maksimumumuzu qoymağa çalışacağıq”

Növbəti yazı

“Çelsi” ”Brayton”la razılaşdı