Seneqaldan ilk çempionluq
Afrika Millətlər Çempionatına yekun vurulub. Final oyununda turnirə ev sahibliyi edən Əlcəzair ilə Seneqal yığmaları qarşılaşıb.
Çempionun adına penaltilər seriyasında aydınlıq gəlib. Əsas və əlavə vaxtı qolsuz bitən görüşün “lotereya”sında seneqallılar dəqiq olub – 5:4. Onlar tarixdə ilk dəfə bu turnirin qalibi olub.
Qeyd edək ki, 3-cü yeri Madaqaskar yığması tutub.