Parksdan ilk
Alisiya Parks ilk dəfə finala çıxıb. 22 yaşlı ABŞ tennisçisi bu uğura Lionda imza atıb.
O, yarımfinalda Marina Zanevskayaya qalib gəlib – 6:3, 7:6(4). Parks son 16 matçda 15 qələbə qazanıb.
O, bunadək WTA turnirlərində finala yüksəlməmişdi. Bu uğur tennisçini dünya reytinqində “Top-70”ə daşıyacaq.