“Sauthempton”dan tarixi rekord
“Renn”in hücumçusu Kamal Süleyman komandasını dəyişib. O, “Sauthempton”a keçib.
Bu barədə “müqəddəslər”in mətbuat xidməti məlumat yayıb. Forvardla 2027-ci ilə qədər müqavilə imzalanıb. Transfer məbləği 25 milyon avro təşkil edib ki, bu da “Sauthempton”un tarixində rekord göstəricidir.