“Şarlott”da iki müqavilə

“Şarlott”da iki müqavilə

“Şatlott” iki basketbolçu ilə müqavilə imzalayıb. Bunu NBA təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Klub müdafiəçi Ceylen Kratçer və hücumçu Kemeron Makqrifflə anlaşıb. 22 yaşlı Kratçer 2021-ci ilin draftında seçilməyib. Müdafiəçi NCAA-da Deyton Universitetində hər oyunda 17,6 xal toplayıb.

24 yaşlı Makqriff ötən mövsümü Belçikada keçirib. O, “Okapi”nin heyətində hər matçda 13,7 xal yığıb.

ETOPAZ

Əvvəlki yazı

Messi Liqa1 və La Liqanı müqayisə etdi

Növbəti yazı

Millimiz böyük hesabla uduzdu