Millimiz böyük hesabla uduzdu
Azərbaycan milli komandası növbəti oyununu keçirib. Canni de Byazinin baş məşqçisi olduğu komanda DÇ-2022-nin seçmə mərhələsində İrlandiyanı qəbul edib.
A qrupunda mübarizə aparan yığmamız VII turun matçına Bakı Olimpiya Stadionunda çıxıb. Əvvəlki 5 qarşılaşmada cəmi 1 xal toplayan millimiz azarkeşlərini sevindirə bilməyib.
Artıq 7-ci dəqiqədə Kallum Robinsonun zərbəsi qarşısında aciz qalan yığmamız fasiləyə 6 dəqiqə qalmış daha bir top buraxıb. İrlandiyalı hücumçu dublunu rəsmiləşdirib. Qarşılıqlı hücumlarla keçən görüşün son dəqiqələrində İrlandiya millisi daha bir qol vurub. Çiedozie Oqbene yığmamızın qapısına yol tapıb – 0:3.
Bununla da millimiz ardıcıl ikinci ev oyununda böyükhesablı məğlubiyyət alıb. 6 matçda cəmi 1 xal yığan komandamız A qrupunda sonuncu – 5-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, millimiz oktyabrın 12-də Belqradda Serbiya ilə qarşılaşacaq.