Samir Əliyev: “Rəqibin qoluna kimi müqavimət göstərirdik”

Samir Əliyev: “Rəqibin qoluna kimi müqavimət göstərirdik”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti matçını keçirib. Komanda Ukrayna yığmasına uduzub – 0:3.

Oyundan sonra millimizin baş məşqçisi Samir Əliyev jurnalistlərin suallarını cavablandırıb. Sizi onun fikirləri ilə tanış edirik:

“Qrupun liderinə qarşı oynayırdıq. Ukrayna futbolu həmişə öndə olub, orada yaxşı futbolçular yetişib. Əbəs yerə 6 oyuna 18 xal toplamayıblar. Çox güclü rəqibə qarşı oynadıq. Bundan öncə də İngiltərə ilə oynamışdıq. Futbolçuları bu matça fiziki və psixoloji cəhətdən hazırlamaq çətin oldu. Rəqibin qoluna kimi müqavimət göstərirdik. Qol buraxdıqdan sonra yüz faizlik epizodumuz oldu. Nəriman Axundzadə yararlana bilsəydi, bəlkə başqa cür olardı. Hesab 0:2 olandan sonra futbolçular dərk edir ki, artıq oyunu çevirmək çətin olacaq. Oyunçularımız I Liqada, əvəzedici heyətdə çıxış edir. Rəqibin futbolçuları Ukrayna Premyer Liqasında oynayırsa, kənardan nə qədər qışqırsaq da, çətindir. Bundan əlavə bizdə Premyer Liqa təcrübəsi olan Veysəl Rzayev, Fərid Yusifli yox idi. Abdulla Rzayev 52 gündür məşq etmirdi, zədəli olub. Bir həftədir məşqlərə başlayıb. Ona şans verdik. Amma gördük ki, hələ hazır deyil. Bizim kimi komandalarda 3-4 nəfər olmayanda əziyyət çəkirik. Artıq görəndən sonra ki, oyunu çevirə bilməyəcəyik, daha gənc futbolçuları meydana buraxdıq”.

ETOPAZ

Əvvəlki yazı

Millimiz Ukraynaya məğlub oldu

Növbəti yazı

“Mançester Siti”də ciddi itki