Salahdan yeni rekord

Salahdan yeni rekord

Məhəmməd Salah Çempionlar Liqasında yeni rekorda imza atıb. “Liverpul”un hücumçusu Avropanın ən nüfuzlu klub turnirində ən çox qol vuran afrikalı adına sahib çıxıb.

Misirli futbolçu Liqa mərhələsinin II turunun “Bolonya” ilə matçında qol sevinci yaşayıb. Salah bununla da Çempionlar Liqasındakı hesabını 45 topa çatdırıb.

Misirli hücumçu 44 qol vuran Didye Droqbanı arxada qoyub. İlk “üçlüy”ü 30 dəfə fərqlənən kamerunlu Samuel Etoo qapayır.

Qeyd edək ki, “Liverpul” “Bolonya”nı 2:0 hesabı ilə məğlub edib.

ETOPAZ

Əvvəlki yazı

Azərbaycanın mövqeyi dəyişmədi

Növbəti yazı

İntizam Komitəsinin iclası keçirildi