“Sabah”ın oyununun hakimləri bəlli oldu

“Sabah”ın oyununun hakimləri bəlli oldu

“Sabah”ın FİBA Avropa kubokundakı ilk oyununun hakimləri açıqlanıb. “Spirou” ilə Belçikada keçiriləcək qarşılaşmaya beynəlmiləl hakimlər briqadası təyinat alıb.

Oyunun hakimləri Karsten Ştraube (Almaniya), Hrvoe Kavar (Bosniya və Herseqovina) və İan Makdonald (Böyük Britaniya) olacaqlar. Oyunun FİBA komissarı və texniki nümayəndəsi vəzifəsi böyük britaniyalı Neyl Uilkinsona tapşırılıb.

Qeyd edək ki, Şarlerua şəhərində keçiriləcək “Spirou” – “Sabah” görüşü Bakı vaxtı ilə 22:30-da başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

Məsut Özil Bakıya gəlir

Növbəti yazı

Millimizin matçının hakimləri bəlli oldu