Sürpriz kupon – 10.10.2024
Oman – Küveyt – 1
Dünya çempionatı-2026-nın seçmə mərhələsinin B qrupunda 6 komanda yer alır və Oman onların arasında xalı olmayan yeganə kollektivdir. Onsuz da bu komandanın mundiala yollanmaq şansı demək olar, yoxdur. Amma seçmə mərhələni xalslz bitirmək də planlarında yoxdur, hər halda. İlk qələbəni qazanmaq üçün qrupda ən uyğun rəqib isə elə Küveytdir. Aralarındakı son 5 matçın hamısında Oman Küveytə qalib gəlib. Doğma meydanda yenə bunu bacaracaqlarını ehtimal edirəm.
İtaliya – Belçika – QOL/QOL
İtaliya yığması UEFA Millətlər Liqasında ilk 2 matçı qələbə ilə başa vurub. Belçikanın hesabında isə 3 xal var. Hər iki komandanın hücum potensialı matçın qarşılıqlı qollarla keçəcəyini düşünməyə əsas verir.
Qətər – Qırğızıstan – YOX/QOL
Bu matçın favoriti olan Qətər yığmasının qələbəsinə şübhəm yoxdur. Fikrimcə, onlar 3 xalı qol buraxmadan qazanacaq.