Millimiz Hindistanı darmadağın etdi
Azərbaycanın U-23 minifutbol millisi bu gün Xorvatiyanın Malıy Loşin şəhərində keçirilən dünya çempionatının qrup mərhələsində ikinci oyununu keçirib. Komandamız Hindistanın U-23 millisi ilə qarşılaşıb.
Komandamız darmadağınla qalib gəlib. Minifutbolçularımız 16:0 hesablı qələbəyə sevinib.
Rəcəb Fərəczadənin rəhbərlik etdiyi kollektiv ilk matçında Serbiya U-23 yığmasına 1:5 hesabı ilə məğlub olub. Hindistan komandası isə Çexiya ilə qarşılaşmada ağır məğlubiyyət alıb – 1:26.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu sabah Çexiyaya qarşı keçirəcək.