Yığmamız 1/4 finalda
23 yaşadək minifutbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatında növbəti oyununu keçirib. Yığmamız Xorvatiyadakı mundialın qrup mərhələsinin son matçında Çexiya ilə qarşılaşıb.
Görüşdə 2 qol vuran rəqib qalib gəlib. Çexiya ardıcıl 3-cü qələbə ilə qrup birincisi kimi yarımfinala adlayıb.
Qrup mərhələsini 3 xalla tamamlayan yığmamız 3-cü yeri tutub. 1/4 finala yüksələn Rəcəb Fərəczadənin yetirmələri yarımfinala vəsiqə uğrunda matçda İngiltərə ilə görüşəcək. Bu gün baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, turnirə sabah keçiriləcək yarımfinal və həlledici matçlarla yekun vurulacaq.