“Sabah”dan səfər qələbəsi

“Sabah”dan səfər qələbəsi

Azərbaycan Premyer Liqasında XV turun daha bir matçı keçirilib. İkinci oyun günü Tovuzda start götürüb.

“Kəpəz” “Sabah”ı qəbul edib. Qonaqlar görüşün taleyini qarşılaşmanın əvvəlində həll edib.

Öncə Anatoli Nuriyev meydan sahiblərinin qapısına yol tapıb. Ardınca Yeqor Xvalkonun avtoqolu qeydə alınıb. Bununla da “Sabah” Qərb səfərindən 2:0 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, bu gün turun daha bir oyunu baş tutacaq. “Neftçi” “Zirə” ilə Bakı derbisinə çıxacaq.

ETOPAZ

Əvvəlki yazı

Valverde “Real”dan ayrılmaq istəmir

Növbəti yazı

Bakı derbisində bir qol