“Sabah” son dəqiqədə məğlub oldu

“Sabah” son dəqiqədə məğlub oldu

“Sabah” FIBA Avropa Kubokunun qrup mərhələsində ilk oyununu keçirib. Rimas Kurtinaytisin rəhbərlik etdiyi Azərbaycan təmsilçisi G qrupunda Belçikanın “Spiru” komandası ilə üz-üzə gəlib.

Şarlerua şəhərindəki “Dome Şarlerua” arenasında baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 22:30-da səslənib. İlk periodda təmsilçimiz üstün olub. İkinci çəyrəkdə isə meydan sahibləri önə keçib. Üçüncü periodda yenidən üstün olan “bayquşlar” sonluqda qələbəni əldən verib.

FIBA Avropa kuboku
Qrup mərhələsi, G qrupu
I tur, 9 oktyabr
“Spirou” (Belçika) – “Sabah” (Azərbaycan) – 82:81 (24:26, 25:16, 18:20, 15:19)

ETOPAZ

Əvvəlki yazı

Yığmamız mübarizəni dayandırdı