“Sabah” “Qarabağ”ı məğlub etdi

“Sabah” “Qarabağ”ı məğlub etdi

Azərbaycan Premyer Liqasında 30-cu tura yekun vurulub. Son matç Masazırda baş tutub.

“Sabah” “Qarabağ”ı qəbul edib. Görüş qarşılıqlı hücumlarla başlayıb. Hrsab 7-ci dəqiqədə açılıb. Leandro Andrade fərqlənib. Meydan sahiblərinin buna cavabı gecikməyib. Amin Seydiyev adını tabloya yazdırıb. Ardından Cessi Sekidika komandasını hesabda önə çıxarıb. İkinci yarıda tərəflər hərəyə bir qol daha vurub. Tellur Mütəllimovun topuna Nəriman Axundzadə cavab verib – 3:2.

ETOPAZ

Əvvəlki yazı

Zidandan “Bavariya”ya imtina

Növbəti yazı

“Bayer” Almaniya çempionu oldu